Əsədov Peter Pelleqrini ilə görüşdü
İyulun 15-də Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.
Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.
Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
07 Avqust 2026 15:58
"Düşünən beyinlər" - Səxavət Məmməd yazır
07 Avqust 2026 14:13
Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
07 Avqust 2026 10:57
“Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil...”
07 Avqust 2026 10:20
“Xüsusən də İranla savaşı uduzan İsrailin çoxdankı arzusudur ki...”
06 Avqust 2026 21:15
Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi
06 Avqust 2026 20:57
Zelenski Ceyhun Bayramovu qəbul edib
06 Avqust 2026 16:05
Azərbaycan və Ukrayna XİN başçılarının görüşünün detalları - YENİLƏNİB
06 Avqust 2026 15:45


Bakı -°C

