ETİHİ Respublika Komitəsi silsilə görüşlər keçirir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə silsilə görüşlərə başlayıb.
Adalet.az xəbər verir ki, görüşlər Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləri ilə keçirilib.
Tədbirlərdə AHİK-in məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin rəhbər şəxsləri və ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşlərdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.
Tədbirlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilat olmaqla 148 üzv təşkilatı özündə birləşdirir.
Digər Xəbərlər
18 Oktyabr 2026 00:01
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
18 Oktyabr 2026 00:00
Azərbaycanın müstəqilliyinin bərpasından 35 il ötür
17 Oktyabr 2026 17:44
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
17 Oktyabr 2026 17:00
Sabah yollarda görünüş məsafəsi azalacaq
17 Oktyabr 2026 16:11
Azərbaycan və BƏƏ pilotları döyüş tapşırıqlarını yerinə yetirdilər - VİDEO
17 Oktyabr 2026 12:40
Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - SİYAHI
17 Oktyabr 2026 11:31
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
17 Oktyabr 2026 11:25


Bakı -°C

