Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06.01.2026-cı il tarixində saat 15:00 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onlardan 1975-ci il təvvəlüdlü şəxsə sol mil sümüyünün aşağı 3/1 -nin sınığı və gövdənin birinci dərəcəli termiki yanığı , 1974- cü il təvvəlüdlü şəxsə isə, hər iki diz qapağının səthi travması və sol əlin ovuc səthinin sıyrılmış cızılmış yarası diaqnozu təyin edilib.
"Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsinə davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir",- qurumdan əlavə olunub.
***
15:53
Qazaxda fərdi yaşayış evində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - VİDEO
26 Yanvar 2026 17:08
ANAMA-nın əməkdaşı vəfat etdi - FOTO - YENİLƏNİB
26 Yanvar 2026 09:39


Bakı -°C

