Bizim futbol komandamız
Məhəllə , kənd futbolu olmadan heç vaxt böyük futbol ola bilməz! Dünyanın ən məşhur futbolçulari futbola məhlə futbolundan gəliblər! Vaxtı ilə bizim kəndin də futbol komandası olub. Şair Vaqif Bəhmənlinin belə bir şeiri də var:" Mənim futbol komandam!
Bax biz uşaq olanda belə idi. Bir neçə ay bundan əvvəl eşitdim ki, Böyük Bəhmənlidə də Bəhmənli futbol komandası yaradılıb. Rusiyada yaşayan bir çox iş adamının köməyi ilə kənddə yeni futbol stadionu inşa edilib. Bununla yanaşı, Bəhmənli futbol komandası yaradılıb.
Artıq bu komanda bir neçə rəqib komandası ilə görüşüb və qalıb gələrək finala yüksəlib. Sözümüzün canı odur ki, məhəllə və kənd komandalarından həmişə məşhur futbolçular çıxıb! Və inanırıq ki, Bəhmənli futbol komandasından nə vaxtsa ölkəmizi təmsil edəcək futbolçular çıxacaq!!!
Emil FAİQOĞLU


Bakı -°C

