adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 09:00
39
MƏMLƏKƏT
A- A+

Yol qaşındı, amma asfalt salınmadı...

Bu gün Yeni Günəşlinin yolları çox bərbad vəziyyətdədir.Çünki kələ-kötür yollarda avtomobillər çalaya düşür və nəticədə nəqliyyat vasitələrinə cıddi ziyan dəyər .

Məsələn, həmin qəsəbədə yaşayan Arif Həsənov deyir ki, Yeni Günəşlinin yolları bizi lap boğaza yığıb. Bərbad gündə olan yollarla hərəkət edəndə avtomobilimizə çoxlu ziyan dəyər ! Dəfələrlə mənim idarə etdiyim avtomobil çuxura düşüb və altı əzilib. Ustaya apardım maşını düzəltmək üçün məndən 100 manat istədi.

Çıxış yolum yox idi, onun dediyi pulu verdim və avtomobili təmir elətdirdim. Amma tay həmin istiqamətdə hərəkət etmirəm, deyirəm , yol düzəlsin ,  ondan sonra avtomobillə həmin yerdə hərəkət edərəm. Bir sözlə, Yeni Günəşlidə yolların bərbad olduğu üçün onlarla avtomobil  sahibi ziyan görüb! On beş gün bundan əvvəl Yeni Günəşlidə " Şir" abidəsinin yanından Mürəsəl Kazımlı küçəsinə qədər yollar  müxtəlif texnikalar tərəfindən qaşındı və təmizləndi.

Əhali də bunu görüb çox sevindi! Camaat dedi ki, şükür Allaha yollarımız yenidən düzəldilir! Amma insanların sevinci uzun çəkmədi. Belə ki, asfalt yol qaşındı, ancaq ora yeni asfalt örtük döşənmədi! İndi həmin yerlər əvvəlkindən də pis vəziyyətdədir. Hər gün çoxlu sayda avtomobil çala-çuxura düşür və bundan nəqliyyat vasitələrinə ziyan dəyir. Bu barədə " Ədalət" ə neçə-neçə sürücü kömək məqsədilə müraciət edib.

Onlar deyirlər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları  həmin yerdə yolu qaşıyıb və işləri yarımçıq qoyaraq çıxıb gediblər. Düz , 15 gündən çoxur ki, onlardan bir səs -səmir çıxmır. Sentyabr 7-8- da yağan intensiv yağışdan sonra həmin küçədə vəziyyət daha da çətinləşib. Belə ki, yağan yağış çalalara dolub  və qəza vəziyyəti yaradır. Üstəlik də, maşınlar bərbad yolda hərəkət edərkən çaladakı su sıçrayıb səki ilə gedən piyadaların üstünə düşür. Buna görə də insanlar sürücüləri qınayr. Birazdan yağışlar daha intensiv yağacaq və təmir işlərinə imkan verməyəcək. Ona görə də tez bir vaxtda çıxış yolu tapılmalıdır! Biz yarmçıq qalmış işlərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə yaratdıq " yarımçıq qalmış işlər nə vaxt başa çadirılacaq?" sualını ona ünvandalıq. Anar müəllim dedi ki, həmin məsələlər bizim diqqət mərkəzindədir.

Yaxın günlərdə həmin yerdə işlər başlanacaq və yola asfalt örtük dösənəcək!  Təki belə olsun ! Amma həmin gündən bəri xeyli vaxt keçib, yenə məlum qurumdan bir hərəkət hiss edilmir. Və nəticədə yenə çoxlu sayda sürücülər onların fəaliyyətindən narazılıq edirlər. Nə isə... Gözləyək görək bu işlərin axrı necə olur.

Mövzuya yenidən qayıdacağıq!!!

Emil FAİQOĞLU