adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faciəmizin Fərmanı - Rza Rzayev yazır

RZA RZAYEV
3807 | 2022-05-17 12:35

Füzuli: “Söyləsəm təsiri yox, sussam könül razı deyil.”

 

İllər öncə Turqut Er bir kitab yazmışdı, yazanda da gözlərini açmamışdı, görünən bu idi ki, uzun illər öncə yediyi siyasi şillənin ağrısı hələ keçməyib, kitab yazmaqla keçməyən ağrını keçməyən yerdən keçirmək istəyir.

Mən də ona cavab olaraq 2012-ci ildə "Heydər Əliyevi sevməyən Türk ola bilməz!" adlı məqalə yazdım.

Həmin dövrdə Turqut Erə çoxlu "cavablar" yazılırdı, həmin məqaləni cavab yazanların cavablarını oxuyandan sonra cavab olaraq yazdım, çünki bütün cavablar da Turqut Erin kitabı qədər kitabsız idi və bu cavabların çoxu sifariş ilə yazılırdı.

Ürəksiz cavablara ürəyim dözmədi, Turqut Erin cavabını ürəklə verdim, çox sonralar da Turqut Er sosial media səhifəsində etiraf etdi ki, bu barədə ona verilən ən yaxşı, mədəni və tutarlı cavab kimi həmin məqaləni hesab edir.

Həmin dövrdə məmur işləyirdim və mənə məqalə yazmağa icazə verilmirdi, rəhbərlikdən icazə istədim, dedi: “Olmaz, bunun üçün gərək daha yuxarı qurum (Naxçıvan) icazə verə, əks halda işdənçıxarılacaqsan və cəzalanacaqsan.”

Və söhbət böyük Heydər Əliyevdən gedirsə, hər şeyi gözə aldım, məqaləni yazdım, dövlət qəzetləri və hakimiyyəti dəstəkləyən qəzetlər məqaləni çap etmədi (çünki sifarişdən kənar idi).

“Xalq Qəzeti”-nin redaktor müavini çap etmək istəsə də, idarəmizin rəhbərliyi buna imkan vermədi və ilk olaraq “Ədalət” qəzeti çap etdi.

Dərdim nədir?

Son illər "YouTube" kanalında müsahibələr yayımlanır, Fərman Dəmirqolu da danışdırılır, o da Turqut Er kimi yerli-yersiz böyük Heydər Əliyevi hədəf alır, bir nəfər də önə çıxıb ona cavab vermir və yaxud cavab yazmır, çünki hələ “Fərmana cavab verin!” deyilən fərman yoxdur. Belə tapşırıq olsa,növbəyə o qədər adam dayanacaq ki, dayanacaqda yer olmayacaq.

Bu gün böyük Heydər Əliyev haqda danışmaq və yazmaq gəlirli iş sayılmır, buna görə də, əvvəllər onun haqqında yazmaq üçün növbəyə dayananlar, çörək pulu qazananlar bu gün yenə də çörək “peşində”-dirlər, kimdən yazanda çörək pulu çıxırsa, ondan yazırlar.

Fərmanı cəmiyyətimizdə çox adam tanımır, siyasətçilərdən başqa. Türkiyə vətəndaşıdır, AXC hakimiyyətdə olanda bizim üst qurumlardan birində vəzifə tutub, vəzifə tutanda da cəmiyyətə təqdim olunmayıb, cəmiyyət onu tanımayıb, çünki tanınmasına ehtiyac duyulmayıb.

95-ci ildə məlum hadisələr vaxtı adı bu olaylarda keçdi, məlum oldu ki, Türkiyədən Azərbaycana dövlət quruculuğuna kömək üçün göndərilib, amma dövlət çevrilişinin planını tutanlardan birinə çevrilib. Sonra ağzı qapadılaraq Türkiyəyə aparıldı, uzun illər ağzını aça bilmədi, ta ki jurnalist onu danışdırana qədər.

Fərman böyük Heydər Əliyevin yoxluğundan və indiki vəziyyətdən isifadə edir, ağzını Allah yoluna qoyur, amma Fərmananlamır ki, dövr dəyişib, artıq Azərbaycan cəmiyyəti keçmişdə baş verənlərə onun-bunun gözü (ağlı) ilə baxmır, keçmişə bu gün fərman verə bilməyənlərin sığınacağı kimi baxır.

Bu gün Azərbaycanda 90-cı illərin “silahları” (böhtanları, şərləri) işləmir, bu gün Azərbaycan dünyanın ən müasir PUA-ları ilə döyüşür.

Fərman hələ də 90-cı illərin havasındadır, havalı danışır, bir nəfər adam da tapılmır ki, Fərmanın qabağına çıxa, havasını çıxara.

Və Fərman bunu dəqiq bilir və buna görə də belə danışır, bilir ki, ona kimsə cavab verməyəcək, ölkəmizdəki situasiyanı kimsə ona dəqiq ifadəedib, yəni bu gün əsl Əliyevçilər ortada yoxdur, bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərdən ortadan qaldırılıb.

Yeni məmurlara isə Əliyevlərəkimin necə münasibət bəsləməsi maraqlı deyil, onlar Əliyevlər uğrunda döyüşməyi özlərinə rəva bilmirlər, vəzifə tutanda belə öhdəlik götürməyiblər, özlərini Əliyevə borclu saymırlar...

Yazılanlara, deyilənlərə bütün hallarda cavab verilməlidir, həmin dövrü yaşayan insanlar gerçəkliyi bilsə də, gələcək nəsil yazılanlara, danışılanlara istinad edəcək. Yazılan və deyilənlərin çoxu isə tarixin və gerçəkliyin təhrif olunmuş tərəfidir.

Danışanlara layiqli cavab verilməyəndə ayaqları yer alır, daha da yersiz danışırlar.

Bu gün yeni telekanallarımızda, yeni mətbuatımızda böyük Heydər Əliyevdən çox az danışılır, yazılır, bu gün yeni məmurlar böyük Heydər Əliyevin adını çox az çəkirlər, bu gün böyük Heydər Əliyev haqda yeni sənədli, bədii filmlər çəkilmir, bu gün məşhur rəssamlar böyük Heydər Əliyevin şəklini çəkmirlər...

Və yenilər bir şeyi unudurlar, Əliyevin qanının necə coşmasını.

Yadlarına salıram.

5-6 il öncə, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin binası. Yeni yazılmış Ensiklopediyaya baxış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı.

İlham Əliyev: “...Heydər Əliyev haqda bir kəlmə yoxdur... İndi mən burada oturmasaydım, nə yazardın?!... tanımamışam sizi, bu mənim səhvimdir... Çıx get burdan...”

Və yenilərə yenilənməküçün həmin çıxışa aşağıdakı videodatəkrar-təkrar baxmağı tövsiyə edirəm.

 

 

P.S.Hə, bir də, cənab İlham Əliyev uzun illər onun prezidentliyini qəbul etməyənləri, başqasının prezidentliyi üçün mahnı oxuyanları da bağışladı, mükafatlandırdı, bəlkə Fərmanı da bağışlayıb… bizim bu fərmandan xəbərimiz yoxdur...

 

Rejissor, aktyor Rza Rzayev

 

TƏQVİM / ARXİV