Formula 1-də bir komanda azala bilər
Formula 1 komandası “Aston Martin” 2026-cı il dünya çempionatının ilk mərhələsində, yəni martın 8-də Melburnda keçiriləcək Avstraliya Qran-prisində iştirak etməyə bilər. Buna səbəb “Honda” mühərrikində yaranmış ciddi problemlərdir.
Adalet.az xəbər verir ki, komandanın rəhbəri Edrian Nyui bu barədə ilk iki məşq sessiyasından sonra məlumat verib. Onun sözlərinə görə, vəziyyət əvvəl güman ediləndən daha mürəkkəbdir. Komanda təsnifat mərhələsində və ya hətta yarışın özündə iştirakdan imtina edə bilər.
Daha əvvəl “Aston Martin” komandasından bildirilib ki, pilotlar Fernando Alonso və Lens Stroll yalnız müqavilə öhdəliklərini yerinə yetirmək üçün bir neçə dövrə vura bilərlər. Əsas problem hibrid güc qurğusunun qidalanma sistemindəki nasazlıqlarla bağlıdır.
L.Strollun sözlərinə görə, bolidi idarə edərkən güclü vibrasiya yaranır və bu, elektrik cərəyanı zərbəsi hissi yaradır. Nəticədə pilotun əllərində narahatlıq yaranır. Həkimlər belə yüklənmələrin sinir uclarına mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
E.Nyui qeyd edib ki, komanda Melburn mərhələsinə iki bolid üçün dörd akkumulyator gətirib. Lakin onlardan ikisi artıq sıradan çıxıb. Qalan akkumulyatorlar da nasaz olarsa, onları əvəz etmək mümkün olmayacaq, çünki “Honda”nın ehtiyat hissələri yoxdur.
Pilot vurğulayıb ki, komanda güc qurğusundakı problemlər barədə yalnız ötən ilin noyabrında məlumat əldə edib. Onun sözlərinə görə, Yaponiyada mühərrikin hazırlanması üçün lazımi mütəxəssislər komandası vaxtında formalaşdırılmayıb.
E.Nyui Formula 1 tarixinin ən uğurlu mühəndislərindən biri hesab olunur. Onun hazırladığı bolidlər pilotları 12 dəfə dünya çempionluğuna kimi aparıb. O, ötən il “Aston Martin”ə keçib və komanda rəhbərliyi çempionatda mövqelərin gücləndirilməsi ilə bağlı ümidlərini ona bağlayıb.
Bununla belə, E.Nyui bildirib ki, hazırkı mərhələdə əsas vəzifə bolidin yarışın bütün məsafəsini etibarlı şəkildə qət etməsini təmin etməkdir.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi-2026-ya hazırlıq çərçivəsində bu yaxınlarda paddokun bərpasına başlanılıb.
Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək. Dünyanın ən böyük avtoyarışlarından biri yenidən on minlərlə tamaşaçının iştirakı ilə Bakıya həyəcanlı yarış anları bəxş edəcək.(Azərtac)
Digər Xəbərlər
09 Oktyabr 2026 14:20
Azər Əliyev və Anar Bağırov Xorvatiyadakı Olimpiya Həmrəyliyi Forumunda
09 Oktyabr 2026 10:37
“Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı
08 Oktyabr 2026 23:29
Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı
08 Oktyabr 2026 19:07
Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı
08 Oktyabr 2026 17:43
“Arsenal” Arteta ilə bağlı qərar verdi
08 Oktyabr 2026 17:21
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
08 Oktyabr 2026 17:00
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
08 Oktyabr 2026 12:30


Bakı -°C

