20 Sentyabr 2025 16:18
103
İDMAN

“Formula 1”: Sıralama turu başlayıb - YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Adalet.az xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

    Yekunda əsas yarışa birinci sırada başlayan pilot müəyyənləşəcək.

    ***

    Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

    Adalet.az xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

    Beqanoviçin komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

    ***

    Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

    Adalet.az xəbər verir ki, mübarizəyə saa 14:15-də start verilib.

     Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

    ***

    "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

    Adalet.az xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

    Daha sonra "Formula-2"də sprint yarışı, ardınca "Formula-1"də sıralama turu baş tutacaq.

    Azərbaycan Qran-prisində ikinci günün proqramı

    20 sentyabr

    12:30. "Formula-1": Üçüncü sərbəst yürüş

    14:15. "Formula-2": Sprint yarışı

    16:00. "Formula-1": Sıralama turu