Fransa səfirindən Azərbaycana qarşı TƏXRİBAT
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıb.
Adalet.az xəbər verir ki, Modern.az saytının məlumatına görə, rəsmi Bakının Qərbi Azərbaycan tezisindən narahat olan fransız səfir özünün “X” sosial şəbəkəsində məsələyə ermənilər kimi yanaşıb.
Olivye Dekotini bildirib ki, “yeganə Qərbi Azərbaycan İran ərazisində (İranın şimal-qərbində etnik azərbaycanlılarının yaşadığı ərazini nəzərdə tutur -red.) yerləşir”.
Səfir İranın Qərbi Azərbaycan əyalətinin xəritəsini “X” səhifəsində dərc edərək ona "bir və yeganə" şərhini yazıb.
Olivye Dekotini bununla hazırkı Ermənistan ərazisinin Qərbi Azərbaycan olduğunu inkar etməyə çalışıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftə mətbuata verdiyi müsahibədə Qərbi Azərbaycan məsələsi ilə uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmağa cəhdi etmişdi.
Halbuki, Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. “Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır.
Digər Xəbərlər
06 Oktyabr 2026 00:12
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
05 Oktyabr 2026 23:00
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
05 Oktyabr 2026 22:32
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33


Bakı -°C

