Fransada meşələri yandıran 59 nəfər həbs edildi
Fransada meşə yanğınlarında minlərlə hektar ərazi külə çevrilib.
Adalet.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunez "France 2" televiziyasında çıxış edərkən ölkədə davam edən meşə yanğınları ilə bağlı şərh verib.
Nunez meşə yanğınlarını qəsdən və ya təsadüfən başlatmaqda şübhəli bilinən 59 nəfərin saxlanıldığını bildirib və onlardan 29-nun yetkinlik yaşına çatmayan olduğunu əlavə edib.
Nunez izah edib ki, saxlanılanlardan yeddisi dindirilmə zamanı qəsdən yanğın törətdiklərini etiraf edib və sonradan həbs olunub, digər iki nəfər isə bazar günü paytaxt Parisdən 60 kilometr aralıda yerləşən Fontainebleau meşəsində baş verən yanğınla əlaqədar saxlanılıb.
Digər Xəbərlər
18 Oktyabr 2026 14:50
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu - VİDEO
18 Oktyabr 2026 14:33
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
18 Oktyabr 2026 11:33
Səudiyyə Ərəbistanında kəşfiyyat helikopteri qəzaya uğradı, ölənlər var
18 Oktyabr 2026 01:00


Bakı -°C

