FUTBOL VƏ ELM - Etibar Əliyev yazır
Dünən millimiz İsveç millisinə böyük hesabla məğlub oldu. Məyus olduq. Tələbəlik illərindən futbola azarkeşlik edirik. Sovet vaxtı "Neftçi" futbol klubu ilə yaşayırdıq. Anatoli Banişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov, Səməd Qurbanov kimi istedadlı futbolçularımız var idi. Onlar futbol məktəbi yarada bildilərmi? Mövcud durum göstərir ki, yox! Möhtəşəm futbolçu Zinəddin Zidan nümunəsi var. Oynadı, oynadı, sonra məşqçi oldu.
Futbol sadə oyun deyil. Ağıl, hazırlıq və fiziki güc tələb edir. Hiylə isə başqa keyfiyyətdir. Mən məhəllələrdə uşaqların futbol oynunu izləyirəm, çox istedadlı uşaqlar var, lakin potensiallarını gerçəkləşdirə bilmirlər. Hər bir istedad izlənməlidir. Futbol sadə oyun olsaydı 100-lərlə Messi, Mbape, Zidan, Salah, Ronaldo, Ronaldino və s. futbol dahiləri olardı. Demək, istedadları uşaq vaxtından üzə çıxara biliblər.
Elm də belədir. Mütləq məktəb olmalıdır. İstedadlar üzə çıxarılmalıdır. Elmi məktəblər olmadığı kimi futbol məktəbləri də yox səviyyəsindədir. Bakılı nəhəng fizik Lev Landaunun valideynləri onu uşaq vaxtı musiqiyə yönəltmək istəyirdilər, lakin balaca Landau təkid edib ki, o, fizik olacaq. Uşaqların idmana həvəsini görəndə çox vaxt onların istəklərini boğuruq. Nobel mükafatı laureatına düşən pul məbləği 1,2 milyondursa, (bu məbləğ çox vaxt 2-3 laureat arasında bölünür), Messinin qiyməti 200.000.000 dollardır.
Əgər bizim istedadlar Massaçusets Texnologiya İnstitutuna, Harvarda daxil ola bilirlərsə, bemək yaxşı futbolçu da ola bilərlər. Sadəcə bu işin üstündə dayanmaq lazımdır.
Futbol kollektiv oyundur. Kollektiv ağıl, fərdi ağılların məcmusur. Elm də kollektiv ağıl tələb edir. Məşhur Universitetlərdə ola bilməz ki, laboratoriyaların biri çalışsın, digərləri isə onun hesabına yaşasın.
Digər Xəbərlər
22 Noyabr 2025 11:25
“Valensiya” “Levante”ni məğlub etdi
22 Noyabr 2025 11:10
"Turan Tovuz" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
21 Noyabr 2025 09:43
"Karvan-Yevlax" "Kəpəz"lə, "Sumqayıt" "Qarabağ"la qarşılaşacaq
19 Noyabr 2025 18:28
2025-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı - SİYAHI
19 Noyabr 2025 14:01
Kurasao ilk dəfə, Haiti 52 il sonra dünya çempionatına vəsiqə qazandı
19 Noyabr 2025 12:53
Misli Premyer Liqasında XII turun açılış oyunu FIFA referisinə tapşırıldı
19 Noyabr 2025 10:07
Ronaldo Ağ Evdə
19 Noyabr 2025 09:10


Bakı -°C

