“Əgər bu müddət ərzində istəyinə nail olmasa, vəziyyət daha da gərginləşəcək...”
“İran və ABŞ arasında davam edən müharibənin dərhal dayandırılıb tərəflərin danışıqlar masasına qayıtması üçün beynəlxalq təşkilatların hərəkətə keçməsi önəmlidir. Xüsusən BMT-nin müdaxiləsi və böyük güclərin təşəbbüsü lazımdır. İranın Yaxın Şərqdə ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarını vurması, hətta diplomatik nümayəndəliklərə zərərin vurulması kimi hallar vəziyyəti daha da gərginləşdirir. Nəticədə ərəb ölkələrinin də müharibəyə qoşulmasına şərait yaranır”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, Bu da müharibənin geniş coğrafiyaya yayılması deməkdir:
“İranda siyasi liderlərin aradan görülməsinin sistemin çökməsinə səbəb olacağı ehtimalı zəif görünür. Əksinə Yaxın Şərqdə nüfuza sahib olan liderlərin qətli İslam aləmini çalxalayır. Pakistan, Hindistandan bəri bir çox ölkələrdə ABŞ və İsrailin əleyhinə nümayişlər, etirazlar baş qaldırır, bəzi hallarda səfirliklərə və diplomatik nümayəndəliklərə də hücumlar baş verir. Hörmüz boğazının bağlanması, Səudiyyə Ərəbistanında neft istehsalı mənbələrinin vurulması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək, neftin qiymətinin dəyişməsi ilə digər problemlər də meydana çıxacaq. ABŞ isə bəyan edir ki, müharibə maksimum dörd həftə davam edə bilər. Beləliklə, əgər bu müddət ərzində istəyinə nail olmasa, vəziyyət daha da gərginləşəcək”.
T.İrfanın sözlərinə görə, İranın və proksi qüvvələrinin İsrailə hücumları Yaxın Şərqdəki proseslərdə mənfi rol oynayacaq:
“İranda ABŞ ilə razılaşmağa hazır olan liderin ortaya çıxması zəminində müharibənin dayanacağı ehtimal olunur. Sözü gedən lider hakimiyyətin içindən də çıxa bilər. Lakin bu çox çətindir və buna ehtimal azdır. Bombardman altında əhalinin ayaqlanması ehtimalı da azdır. Görünən odur ki, ABŞ hakimiyyətin dəyişməsinə qısa müddətdə nail ola bilməyəcək. Şəxslərin aradan götürülməsi sistemin sıradan çıxması demək deyil. Yeganə yol etibarlı vasitəçi vasitəsi ilə danışıqlar masasına qayıtmaqdır. Bunu təmin etmək üçün də əsas məsuliyyət BMT-nin üzərinə düşür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40


Bakı -°C

