Rus dilinin siyasi alətə çevrilməsi hazırda imkansızdır - Politoloq
“Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab General Mixail Muravyov-Veşatelin 1863-cü illərdə Polşa və Belarus qiyamından sonra yayxanaraq beləcə də demişdi: “Что не доделал русский штык — доделает русский чиновник, русская школа и русский поп.” “Rus süngüsü nəyi tamamlamamışsa, onu rus məmuru, rus məktəbi və rus papazı tamamlayacaq”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, rus kilsəsi və papazının, məktəbinin əsas silahı isə məhz rus dili idi:
“İmperial dil siyasəti o qədər həddini aşmışdı ki, hətta uzaq ucqarlarda – Gədəbəydə belə ən səfalı yerlərdə rus kəndləri salınmış, onlar üçün hər cür şərait qurulmuş və “malakan”adı altında biətçi (guya) hesab edilən yüz minlərlə rus Azərbaycanda məskunlaşırılmışdı.1989-cu ildə SSRİ əhalisinin təxminən 81%-i rus dilini ana dili və ya ikinci dil kimi bilirdi. Amma respublikalarda fərqli idi. Rus dilinin siyasi alətə çevrilməsi hazırda imkansızdır. Çünki Azərbaycanda ruslaşdırma siyasətinin nəticəsi necə idisə, rus dilinin təbliğinin də yekunun o cür olması qaçınılmazdır. Ona görə ki, ilk növbədə rus əhali bu coğrafiyada tutuna bilməli idi. Yüz minlərlə rus əhalidən geridə bir kənd adları qaldı, bir də həmin kəndlərdə artiq eksponata çevrilən kirəmitli, buxarılı evlər. Ruslar onların bətninə zidd coğrafiyada kök sala bilməzdilər. Çünki bu torpaqların havası, suyu və yadelliliyi onlar üçün sinxron üzvi aidliyi doğura bilmədi. Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölüməyə məhkum idi ki, elə də oldu. İndi eləcə statistikaya baxaq, 1989-cu ildə sayı yarım milyona çatan rus mənşəli əhalinin indiki payı 100 mindən də aşağı düşməyə davam edir.Bir sözlə, bu coğrafiyanın gələcəyi regional rus dilinə deyil, qlobal ingilis, çin dilinə bağlı olması daha real görünür. Ən əsası Türk Dövlətləri Təşkilatı belə mübahisələri sonladırmaqla tarixə nöqtə qoyacaq kimi görünür”.
Vasif
Digər Xəbərlər
22 Aprel 2026 12:48
Azərbaycan-Latviya sənədləri mübadilə edildi
22 Aprel 2026 12:48
Liderlər mətbuata bəyanatlarla çıxış edirlər
22 Aprel 2026 12:40
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTOLAR
22 Aprel 2026 11:14
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
22 Aprel 2026 11:11
Əli Əsədov Qazaxıstana getdi
22 Aprel 2026 11:03
“ABŞ-İsrail ittifaqı İrana qarşı son əməliyyatlarında bir daha gördü ki...”
22 Aprel 2026 10:08
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
22 Aprel 2026 09:58


Bakı -°C

