“Fransanın bu addımı cavabsız qalmamalıdır...”
“Fransa sön dövrlər Cənubu Qafqaz və Türkiyə ətarafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistanla və yunan Kipri ilə strateji mittəfiqlik və hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, Cənubi Kiprdə "humanitar missiyalar" adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi haqqında yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiq edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, bu sazişlərin imzalanmasında əsas məqsəd bir tərəfdən Fransanın Cənubu Qafqaz və Türkiyə ətrafı bölgələri hərbi cəhətdən öz əhatə dairəsi altına almaqdır, bir növ Türkiyə ətrafındakı çəmbəri daraltmaqdır:
“Türkiyənin Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təchizatında və təhlükəsizlik arxitekturasında əhəmiyyətli rol oynaması Fransanı və Makronu ciddi narahat edir. Görünən odur ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaq, digər tərəfdən də Kiprin yunan kəsimilə hərbi əməkdaşlığı gücləndirməklə onları Türkiyəyə qarşı qoymağa çalışır. Bu fonda Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirməsi ideyası ola bilsin gələcəkdə bölgədə Türkiyəyə qarşı hansısa təxribatlara hazırlığın başlanğıcı hesab oluna bilər. Lakin Fransanın Cənubi Kiprdə hərbi kontingentini yerləşdirməsi mümkün olsa da, onun bundan təxribat kimi yararlanması nəticə verməyəcək”.
Q.Əlibəyli deyib ki, belə edərsə, Paris sözsüz ki, layiqli cavabını alacaq:
“Türkiyə ilə zarafat etmək olmaz. Fransa Türkiyədən fərqli olaraq NATO-nun hərbi blokunda təmsil olunmur. Türkiyə təşkilatda hərbi cəhətdən ikinci güclü dövlətdir. Hazırda Avropanın özü də təhlükəsizlik məsələsində daha çox Ankaraya etibar edir, nəinki Parisə. Eyni zamanda Fransanın bu addımı cavabsız qalmamalıdır. Cavab olaraq, Türkiyə çəkindirici addım kimi Cənubi Qafqazda və Şimali Kipr Türk Cümhuriyyətində özünün hərbi kontingentini gücləndirməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22
"Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək" - Ceyhun Bayramov
09 Sentyabr 2026 12:09
Prezident Emoməli Rəhmonu təbrik etdi
09 Sentyabr 2026 11:32
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
09 Sentyabr 2026 09:17
“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
09 Sentyabr 2026 09:17
““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”
09 Sentyabr 2026 09:10


Bakı -°C

