GƏL AY ZƏRDABİ, GORUN ÇATLASIN - Aqil ABBAS yazır
Deyirlər üzümüzə gələn ildən qəzetlər fəaliyyətini dayandıracaq. Daha doğrusu, qəzetlərin çıxması üçün dövlət tərəfindən ayrılan yardımlar kəsiləcək.
Təbii ki, belə halda da qəzet çıxarmaq mümkün deyil. Çünki Azərbaycanda qəzetlər üçün nə reklam bazarı var, nə də doğru-dürüst satış bazarı.
Qəzet köşkləri univermağa, marketə dönüb. Və beləcə, minlərlə jurnalist işsizlikdən kef edəcək.
Onda güman qalır saytlara. Heç bir sayt qəzeti əvəz edə bilməz. Həm də saytların düyməsi öz əlimizdə deyil, ABŞ-ın əlindədi. İstədiyi zaman saxlayar və onun bütün arxivini də məhv edər.
Nümunə bir vaxtlar APA-nın bağlandığı kimi.
Xoşbəxtlik odur ki, Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti bilmirəm, deyəsən, 2 il yaşadı, biz isə 35 il.
Mirzə Ələkbər Sabir qəzetlərin taleyini peyğəmbərcəsinə təxminən 120 il əvvəl görübmüş:
Düşdü qəzetlər qiymətdən, ay can, ay can!
Aqil ABBAS
Digər Xəbərlər
16 Oktyabr 2026 13:46
Mətbuat Şurasının IX qurultayı keçirilib - YENİLƏNİB
16 Oktyabr 2026 12:39
Qalib İbrahimoğlu Mətbuat Şurasına üzv seçildi
16 Oktyabr 2026 12:18
MŞ İdarə Heyətinin yeni tərkibi
16 Oktyabr 2026 12:04
Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçilib
16 Oktyabr 2026 10:27
"Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub" - Rəşad Məcid
16 Oktyabr 2026 10:22
Jurnalistlərin IX Qurultayının iştirakçıları İlham Əliyevə müraciət ünvanladılar
15 Oktyabr 2026 16:02
Rəşad Məcid Mətbuat Şurasından gedir - Yeni namizədlər
15 Oktyabr 2026 06:55


Bakı -°C

