Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək
Vergi Məcəlləsinə gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub.
Adalet.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.
"Yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV gerial” üzrə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur. Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər.
Yeni qaydalarda məqsəd qeydolunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödəşinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək".
Digər Xəbərlər
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50
"Bu məhsulların idxalı 34 faiz azalıb"
18 Iyul 2026 09:02
Neftimiz bahalaşdı
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
15 Iyul 2026 12:43


Bakı -°C

