"Gündoğan ölkə"nin faciəli günü:18 jurnalisti udan cəhənnəm lavası

Dünyada ən təhlükəli peşələr hansılardır bilirsiniz?
Planet sakinləri dəfələrlə bu mövzularda müzakirələr aparıblar, amma konkret olaraq bir qərara gələ bilməyiblər. Əslində sadalanan , təhlükəli hesab edilən bir çox peşə var ki, həmin peşə sahiblərinin həyatı ani bir diqqətsizlikdən məhvə məhkumdur: İlk yerləri hərbçi, müharibə jurnalistikası və minaxtaranlar tutur.
2-ci yerə isə kimya laborotoriya və zavodlarında, yeraltı mədənlərdə , dənizdə neft çıxarmada çalışanlar, 3-cü yerdə alpinistlər, təyyarəçilər, axtarış-xilasetmədə çalışanlar, yanğın söndürənlər başçılıq edir. Təhlükəli bilinən digər peşələr olsa da bu 3 bölmədəki peşələr qədər heç bir peşə təhlükə daşımır. Düzdür, hər bir peşənin müəyyən çətinlikləri var, məsələn elektrikçilərin, ilan zəhəri tədarük edən mütəxəssislərin və s.
Yuxarıda qeyd etdiyim ən təhlükəli peşə 99 fazi ölüm təhlükəsi olan hərbçilərdir. Sonra isə jurnalistlər. Xüsusən, savaş müxbirləri... Onlar da elə hərbçilər qədər həyatı təhlükədə olan peşə daşıyıcılarıdır.
Məsələn, 2023-cü ilin oktyabrından bu yana Qəzzada həlak olan fələstinli jurnalistlərin sayı 220-yə çatıb.
Ötən ilin sonunda Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) tərəfindən təsdiqlənmişdi ki, 2024-cü ildə dünuanın müxtəlif bölgələrində - 18 ölkədə 124 jurnalist həlak olub. Xatırladaq ki, 2023-cü ildə dünyada 99 jurnalist və media işçisi həlak olmuşdu...
Rəqəmlər də təsdiq edir ki, demək ki, tək savaş jurnalistləri deyil, ümumiyyətlə bütün jurnalistlərin həyatına təhlükə var.
Bu gün bir xeyli jurnalistin də anım günüdür. 1991 -ci ilin 3 iyununda Yaponiyada Unzen dağının püskürməsi nəticəsində əksəriyyəti jurnalistlər olmaqla 44 nəfər həlak olub. 12 nəfər yaralanıb, 1388 ev tamamilə və ya qismən dağılıb.
Yaponiyanın verdiyi rəsmi məlumatlarda deyilir ki, təbiət hadisəsini yaxından izləməyə və kadrlar çəkib dünyanın TV yayımlamaq üçün gələn çoxsaylı jurnalistlərin 18 nəfəri lavaların güclü axınından canlarını qurtara bilmədilər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Yasamalda “ölüm yolu"na əncam çəkən yoxdur: SOS

Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA

Heyvan bazarlarının bağlanması ətin qiymətini bahalaşdıra bilər - İqtisadçı

Dabaq xəstəliyi insana keçə bilər? - RƏSMİ AÇIQLAMA

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - VİDEO

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO
