Gürcüstan Ermənistana mane oldu - Paşinyan
“Hazırda Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda ən böyük problem Aİ ilə Gürcüstan arasında siyasi dialoqun dondurulmuş vəziyyətdə olmasıdır”.
Adalet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
“Gürcüstan bizim üçün Avropa İttifaqına aparan yoldur. “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanunu Gürcüstan Aİ üzvlüyünə namizəd statusu aldıqdan sonra qəbul etmişik. Bu, Ermənistanın Aİ-yə üzvlük perspektivini daha real və hissolunan elədi. Bizim gözləntimiz və xahişimiz ondan ibarətdir ki, Avropa İttifaqı ilə Gürcüstan arasında konstruktiv proses inkişaf etsin. Bu, Ermənistan üçün vacibdir və eyni dərəcədə Gürcüstan üçün də önəmlidir”, - o qeyd edib.
Paşinyan Ermənistanın Aİ-yə üzvlük perspektivlərinə də toxunub:
“Heç bir ölkə Avropa İttifaqının standartlarına uyğunlaşmadan Aİ üzvü ola bilməz. Buna görə də bizim vəzifəmiz avropalı tərəfdaşlarımızın dəstəyi ilə islahatlar yolunu davam etdirmək və obyektiv şəkildə Aİ-yə üzvlük meyarlarına uyğunlaşmaqdır.
Bu baş verəndə iki yol var: ya Aİ bizi qəbul edəcək, ya da etməyəcək. Bunu belə deyirəm, çünki başa düşürəm ki, Aİ-nin genişlənməsi və yeni üzvün qəbul edilməsi sadə məsələ deyil və siyasi qərar tələb edir. Əgər Avropa İttifaqı Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsə, çox yaxşı. Əgər qəbul etməsə belə, biz yenə qazanacağıq, çünki Aİ standartlarına uyğun ölkəyə çevrilmiş olacağıq”.
Digər Xəbərlər
19 Oktyabr 2026 13:57
Türkiyədə sel qurbanlarının sayı artdı
19 Oktyabr 2026 13:54
Samsun - tarixin dənizlə qovuşduğu şəhər
19 Oktyabr 2026 12:29
Trampın Özbəkistana səfəri planlaşdırılır
19 Oktyabr 2026 12:09
"İran ABŞ-nin hücumlarına cavab verməyə hazırdır"
19 Oktyabr 2026 11:59
Trampdan Zelenskiyə irad: “O, bu müharibəyə son qoymaq istəmir”
19 Oktyabr 2026 11:38
Biletlər daha da bahalaşa bilər - Aviaşirkətlərdən xəbərdarlıq
19 Oktyabr 2026 09:18
Yeni nazir raket istehsalçısı imiş - DOSYE
19 Oktyabr 2026 09:18


Bakı -°C

