adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 09:10
67
ƏDƏBİYYAT
A- A+

“Gurşad”ın yeni sayı…

Azərbaycanın söz məkanında  hər bir yazılı nümunə özü ilə yeni imza, yeni fikir təmsilçisi obrazını da, kimliyini də təsdiqləmiş olur. Bu mənada təkcə ölkənin baş şəhərində detil, həmiçinin regionlarında da kifayət qədər ədəbiyyata sözə xidmət edən, bir az da konkret desək, onun cilalanmasında iştirak edən, mətbu nümunələr- qəzetlər və dərgilər işıq üzü görür.

Təbii ki, maraqlı nüansların izləyicisi olan oxucular həmin qəzet və dərgilərdən xəbərdardırlar. İstər ölkənin şimalında, istərsə də digər qütblərində ərsəyə gətrilən yazılı nümunələr arasında “Gurşad”ın öz  yeri var. Bu günlərdə Masallı Dövlət Regional kollecinin dəstəyi ilə işıq üzü görən “Gurşad”ın yeni bir sayı işıq üzü görüb. Dərginin baş redaktoru əməkdar jurnalist Zakir Abbasdır. Onun oxuculara müraciəti ilə oxuculara təqdim edilən dərgidə kifayət qədər tanınmış imza sahiblərinin  yaradıcılıq nümunələri yer alıbdır. 
Redaksiyamıza “Gurşad”ı dəyərli ədəbiyyat bilicisi,tanınmış alimi, filologiya elmləri doktoru Vaqif Yusiflinin də dərginin bu sayında maraqlı bir araşdırma yazısı yer alıbdır. “Masallının ədəbi dünyası” adlanan yazıda filologiya elmləri doktoru V.Yusifli bölgə yazarları barəsində  maraqlı təhlil sərgiləyib. Bu yazını oxuyanda  Masallının söz dünyası göz önündə bütünlüklə canlanır.

Dərgidə  imzası poeziya həvəskarlarına yaxşı bəlli olan Şərafəddin İlkin, Rəsmiyyə Sabir, Arif  Fərzəli, Rahid Ulusel, Damət Samanoğlu, Süleyman Əlisa və digərlərinin bir- birindən  maraqlı poeziya çələngi ilə tanış ola bilərlər.

Dərgidə həmçinin nəsr nümunələri də yer alıb. Onların arasında Əlişirin Şükürlü, Xanım Ağayeva, Namiq Ağayev, Füzuli Bayat, Nurəddin  Ədiloğlu və başqalarının həm müxtəlif  janrlarda yazıları yer alır. Bütövlükdə dərginin bu sayında oxumalı, öyrənməli və dəyərləndirilməli ədəbi nümunələr  çoxluq təşkil edir. Bu da o deməkdir ki, “Gurşad” Azərbaycan ədəbiyyatına, Azərbaycan

SÖZünə töhfələr verməkdə qərarlıdır.

Uğurlar, “GURŞAD”!
 

Əbülfət Mədətoğlu