““Məkkə İttifaqı” təmsilçiləri bu əməliyyata qoşulmağa tələsmirlər...”
“Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yenicə qurduğu “Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır: bir tərəfdə Dəməşqin 35 kilometrliyinə qədər gəlib çıxmış və Hermon yüksəkliyində post qurmuş İsrail ordusu var, o biri tərəfdə də Səudiyyənin dəstəklədiyi qüvvələri məğlub edərək, sürətlə Bab əl-Məndəb boğazını nəzarətə götürən Yəmən husiləri – İranın kömək etdiyi “Ənsərullah”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Politoloqun sözlərinə görə, “Məkkə İttifaqı”nın İsrail ordusunun Suriyada və Livanda irəliləməsinə göz yumub Səudiyyə Ərəbistanının şiə husilərə qarşı hücum əməliyyatlarına dəstək verməsi yenicə formalaşan bu birliyin İslam həmrəyliyini, Ümmət maraqlarını qorumaq məqsədiylə yaradıldığı haqda bütün təbliğatı puça çıxarar, sünni-şiə ziddiyyətini yenidən və çox kəskin şəkildə körükləyər, son illər yaxınlaşan İran-Türkiyə-Pakistan münasibətlərini isə təkrar çıxılmaza itələyər:
“Ancaq Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin gurultulu bəyanatlarla başladığı və “Məkkə İttifaqı”nı da çətin vəziyyətdə qoyan "paytaxt Sənanı azadetmə əməliyyatı" hazırda "görünməz bir güc"ün əliylə tam şəkildə husilərin lehinə çevrilməkdədir: hökumət qüvvələrinə dəstək məqsədiylə gətirilmiş silahlılar vuruşmaqdan imtina edərək, könüllü şəkildə husilərə təslim olur, husilər də sürətlə Bab əl-Məndəb ətrafındakı liman şəhərləri ələ keçirirlər! Artıq nüfuzlu "Reuters" agentliyi strateji Moxa limanının husilərin əlində olduğunu təsdiqləyən görüntülər yayıb. Rəsmi Yəmən hökumətinin husilərə qarşı əməliyyatının daxildən sabotaj edildiyi göz önündədir! “Məkkə İttifaqı” təmsilçiləri – Pakistan və Türkiyə isə bu əməliyyata qoşulmağa tələsmirlər. Çox güman ki, həm Türkiyədə, həm də Pakistanda Sənanın husilərdən azad edilməsi adı altında həyata keçirilən bu əməliyyatın İsrailin təhrikiylə başladığını və yenicə qurulan “Məkkə İttifaqı”nın pozulmasına, genişlənməsinin qarşısının alınmasına və İran əleyhinə çevrilməsinə hesablandığını çox yaxşı bilirlər və bu səbəbdən də hadisələrə soyuqqanlı yanaşırlar.
Üstəlik, husilər əməliyyatın istiqamətini də dəyişiblər - əvvəllər Səudiyyəyə hücum etsələr də, artıq əsas diqqəti Yəmənin öz ərazisinə - Bab əl-Məndəbin sahil rayonlarının nəzarətə götürülməsinə yönəldiblər. Beləliklə, “ikinci Hörmüz” böhranı Ədən körfəzində, Qırmızı dənizin sahilində yaranır və bu, Körfəz neftini dünya bazarına çıxaran ikinci qapının da İranın nəzarətinə keçməsi, onun ABŞ-la danışıqlarda mövqeyini xeyli gücləndirməsi, İsrail limanlarına gediş-gəlişin isə təhlükəyə düşməsi deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Sentyabr 2026 12:33
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
11 Sentyabr 2026 11:34
“Zelenskiyə sui-qəsd müharibənin bitməsi deyil...” – Politoloq
11 Sentyabr 2026 09:52
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17


Bakı -°C

