“Haber Global” Fransanın COP29-dan kənarda qalmasını işıqlandırıb - VİDEO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın iqlim problemindən kənarda qalması yanlış adlandırıb.
Adalet.az xəbər verir ki, bu mövzu “Haber Global”ın Fransanın COP29-dan kənarda qalması ilə bağlı süjetində işıqlandırılıb.
Süjetdə qeyd olunur ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Tədbirdə Türkiyə, Britaniya, İtaliya, İspaniya və digər aparıcı ölkələr iştirak etdikləri halda Fransa sessiyaya qatılmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı suala cavabında bildirib ki, Fransanın hər nə bəhanə ilə olursa-olsun, iqlim dəyişikliyi məsələsindən kənarda qalması yanlışdır. COP29 komandası qarşı tərəflə konstruktiv işləyib, danışıqlar aparıb.
Süjetdə qeyd olunur ki, gündəmdə Azərbaycanla Ermənistan arasındakı sülh sazişi də vardı. Vurğulanır ki, C.Bayramov saziş üzərində işlərin davam etməsinə diqqət çəkib. “Əsas fokus məhz COP29-la bağlıdır. Fiziki görüşlər dekabr ayından əvvəl birmənalı mümkün deyil. Sənəd üzərində iş davam edir”, - C.Bayramov qeyd edib.
Digər Xəbərlər
29 Dekabr 2025 15:23
Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı
29 Dekabr 2025 15:22
“QHT-lərə Dövlət Dəstəyi” informasiya sistemi yaradıldı
29 Dekabr 2025 13:59
Azərbaycanda bu peşə sahibləri üçün sosial sığorta haqqı artırıldı
29 Dekabr 2025 13:22
Baş prokurorluqdan Ukrayna müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
29 Dekabr 2025 13:04
Satışda mənşəyi məlum olmayan araqlar var - XƏBƏRDARLIQ
29 Dekabr 2025 12:26
“Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlər açıla bilər...”
29 Dekabr 2025 12:26
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
29 Dekabr 2025 11:36


Bakı -°C

