Hakan Fidan Ararat Mirzoyanla görüşdü
Türkiyə xarici işlər naziri Hakan Fidan və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalyada diplomatik forum çərçivəsində görüş keçiriblər.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. Tərəflər münasibətlərin tam nizamlanmasına hazır olduqlarını təsdiqləyiblər.
Bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparılıb. Nazirlər həmçinin beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Görüşdə iki ölkənin münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri də iştirak ediblər.
Digər Xəbərlər
29 Sentyabr 2026 00:01
İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
28 Sentyabr 2026 21:15
"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan
28 Sentyabr 2026 20:00
Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar
28 Sentyabr 2026 19:20
Rusiyada pirotexnika zavodunda partlayış
28 Sentyabr 2026 19:00
İmran Xana azadlığı üçün razılaşma təklif edilib?
28 Sentyabr 2026 18:55
Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb
28 Sentyabr 2026 18:00
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
28 Sentyabr 2026 17:37


Bakı -°C

