Hamı günahkardır...
Kiçik bir videoda nə qədər qayda pozuntuları görmək olur:
1. Avtobus öz zolağı ilə hərəkət etməyib.
2. Orta zolaqda sərnişin düşürür.
3. Avtomobil dayanmış avtobusu sağdan ötür.
4. Avtomobil avtobus zolağı ilə hərəkət edir.
5. Sərnişin avtobusdan düşərkən ehtiyyatlı davranmır.
Məsuliyyətsizlik zənciri.
Özümüz öz qəsdimizə durmuşuq.
Dünən avtobusdan düşən sərnişini maşının vurması sadə bir qəza deyil.
Bizim "qəza"vü qədərimizdir.
Sərnişin kimi də bivecik, sürücü kimi də.
Bir qəzada ölən də, xəsarət alan da günahkardır, onu avtobusdan düşürən sürücü də, onu vuran cip sürücüsü də.
Sonra da deyirsiniz ki, ay elə, ay belə.
Ramiz Rövşənin sözü olmasın, hamı günahkardı dünyada,
amma dünyada heç kəsin günahı yoxdu.
Eminquey
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

