Həbs olunmaq üçün 1 dollar oğurladı

ABŞ-ın Yuta ştatında 65 yaşlı kişi həbsxanaya düşmək üçün 1 dollar'lıq bank quldurluğu edib. Şübhəli polis tərəfindən nəzarətə götürülmək üçün bankda gözləyib.
Hadisə martın 8-də Yuta ştatının Solt-Leyk Siti şəhərində baş verib. Solt Leyk Siti Polis İdarəsindən verilən açıqlamada, 65 yaşlı Donald Santacrocenin banka girərək kassadan 1 dollar tələb etdiyi və bankda polis tərəfindən saxlanılmasını gözlədiyi bildirilib. Daha sonra hadisə yerinə gələn polis Santrakroceni saxlayıb.
Pulu alan Santacroce daha sonra kassirin polisə zəng etməsini tələb edib. Solt Leyk Şəhər Polis İdarəsi Santakrosun niyə belə bir soyğunçuluqla məşğul olması ilə bağlı hələ açıqlama verməsə də, polis idarəsinin rəsmi saytında oğurluqla bağlı araşdırmalara başlanıldığı bildirilib.
ABŞ-da əvvəllər də belə 1 dollarlıq bank quldurluğu baş verib. 2011-ci ildə 59 yaşlı Ceyms Verone Kaliforniyanın şimalında banka girərək 1 dollar oğurlayıb. Veronenin işsiz və sığortasız olduğu bildirilib.
Həmçinin 2013-cü ildə 50 yaşlı evsiz kişi Oreqon ştatında bir bankdan tibbi yardım almaq üçün 1 dollar oğurlamışdı.
Emin
Digər Xəbərlər

Ermənilərin özlərinə atdığı "böhtan": Avarayr döyüşü, " igid" Mamikonyan

Balıqların köçü başladı: Dünyanın heç yerində görülməyən möcüzə: Video

“Azerçay” Beynəlxaq Çay Günü münasibətilə silsilə tədbirlər keçirdi

Ən uzun burunlu insan dünyasını dəyişdi

Nail Kəmərlidən maraqlı status - FOTO

Dünyanın ən qədim və dolğun “İncil”i 38,1 milyon dollara satıldı

Yüz on bir il öncə batan Titanikin qalıqları ilk dəfə çəkildi - FOTOLAR
