Həftə ərzində az yatırsınızsa, bunu edin
Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər.
Adalet.az xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.
Araşdırma nəticəsində həftəsonu əlavə yatmağın hipertoniya ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə həftəsonu təxminən 2 saat əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqələndirildiyi bildirilib.
Fiziki cəhətdən hərəkətsiz iştirakçılarda isə daha nəzərəçarpan nəticə əldə olunub. Bu qrupda hipertoniya riski 6,9 faiz daha aşağı olub.
Alimlər müəyyən ediblər ki, əlavə 1 saat 27 dəqiqə yuxu yüksək qan təzyiqi ehtimalının 9 faiz azalması ilə əlaqəlidir. Lakin həftəsonu əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqələndirilib.
Tədqiqat müəlliflərindən doktor Nawton Lee bildirib ki, yuxu çatışmazlığı orqanizmə əlavə stress yaradır, ürək və damarların daha çox işləməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, həftəsonu bir qədər çox yatmaq orqanizmə bərpa olunmaq imkanı verə bilər.
Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin də yüksək təzyiqin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.
"British Journal of Sports Medicine" jurnalında dərc olunan başqa bir araşdırmada yüksək intensivlikli interval məşqləri, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərin qan təzyiqinin aşağı salınmasına kömək etdiyi müəyyən edilib.
Digər Xəbərlər
05 Oktyabr 2026 16:17
Nazirlik taunla bağlı məlumat yaydı
05 Oktyabr 2026 13:02
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
05 Oktyabr 2026 12:29
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
05 Oktyabr 2026 12:22
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
05 Oktyabr 2026 10:18
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
04 Oktyabr 2026 18:08
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? - Ən sağlam yuxu pozisiyası bəlli oldu
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35


Bakı -°C

