07 Avqust 2025 11:29
100
GÜNDƏM

Hərbçilərimiz “Agile Spirit - 2025” təlimində

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.