Hərbçilərimiz İrəvana getməyəcək, çünki...
Azərbaycan hərbçiləri İrəvana getməyəcək.
Adalet.az xəbər verir ki, noyabrın 20-24-ə qədər İrəvandakı Karen Dəmirçyan adına İdman Konsert Kompleksində keçiriləcək güləş üzrə hərbçilər arasında 37-ci dünya çempionatında Azərbaycan iştirak etməyəcək.
Bu barədə ER Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin bədən tərbiyəsi və idman xidmətinin rəisi, polkovnik Arman Davtyan mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, Beynəlxalq Hərbi İdman Şurasının tədbirlərinə dəvəti təşkilatçı ölkə deyil, Şura göndərir və heç bir ölkə dəvətsiz qala bilməz. “Azərbaycan millisi ərizə təqdim etməyib və Ermənistana gəlməyib”, - deyə Daavtyan bildirib.
Qeyd edək ki, ötən il hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutmuşdu.
Əntiqə Rəşid
Digər Xəbərlər
08 Sentyabr 2026 14:59
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
08 Sentyabr 2026 07:08
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
07 Sentyabr 2026 21:00
Neftçi" nigeriyalı hücumçu transfer etdi
07 Sentyabr 2026 20:00


Bakı -°C

