Hikmət Hacıyev TDT Baş katibinin müavini ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda üzv dövlətlərdən və müşahidəçilərdən gəlmiş nümayəndə heyətlərini, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocamanı qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə TDT-nin "X" səhifəsində paylaşım edilib.
Görüş Türk Dövlətləri Təşkilatının Rəsmi Xarici Siyasət Araşdırma Mərkəzlərinin 11-ci Toplantısı çərçivəsində keçirilib.
Görüş zamanı H.Hacıyev türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçiriləcək 12-ci Sammitdən sonra TDT-yə sədrlik edəcək Azərbaycanın təşkilat daxilindəki artan rolunu diqqətə çatdırıb.
Baş katibin müavini TDT çərçivəsində əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə və sarsılmaz dəstəyə görə Azərbaycana təşəkkür edib, 12-ci TDT Sammitinin türk dövlətləri arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini və gücləndirəcəyini bildirib.
Digər Xəbərlər

Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir...

Sercio Mattarella:Ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk

Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

Prezident: İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib

İlham Əliyevin Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib - FOTOLAR+ YENİLƏNİB

İlham Əliyev: TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır

İlham Əliyev: Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik
