“Hökumət hansı qərarı qəbul etsə, ona riayət edəcəyik” - Kamal Abdulla
Məktəblərdə hicabla bağlı müzakirələr fonunda dövlətin qəbul edəcəyi qərarlara münasibət və müəyyən edilmiş qaydalara riayət olunması məsələsi yenidən gündəmə gəlib.
Adalet.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla hökumətin qərarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.
“Hökumət nə qərar çıxarsa, ona riayət edəcəyik”, - deyə Kamal Abdulla bildirib.
Rektorun sözlərinə görə, bu kimi məsələlərdə əsas olan qəbul edilən qərarlara uyğun davranmaq və müəyyən edilmiş qaydalara əməl etməkdir:
“Dövlətin bu məsələ ilə bağlı mövqeyi və qəbul edəcəyi qərar əsas götürülməlidir. Hökumət hansı qərarı verəcəksə, biz də ona uyğun hərəkət edəcəyik”.
K.Abdulla məktəblərdə geyim qaydaları ətrafında yaranan müzakirələrin cəmiyyətdə müxtəlif fikirlərin səslənməsinə səbəb olduğunu diqqətə çatdırıb. Onun fikrincə, belə məsələlərə münasibətdə emosional yanaşmadan daha çox, mövcud qaydaların nəzərə alınması vacibdir.
Qeyd edək ki, son günlər hicab tələbi ilə bəzi valideynlərin məktəblərə müraciət etməsi, plakatların nümayiş etdirilməsi və məsələ ətrafında müzakirələrin aparılması ictimai diqqət çəkib.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı tələblər Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə tənzimlənir.
Digər Xəbərlər
12 Oktyabr 2026 12:23
Sabah hava necə olacaq?
12 Oktyabr 2026 12:20
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
12 Oktyabr 2026 12:00
“Balacaların taleyi onların göz yaşlarından daha vacibdir”
12 Oktyabr 2026 11:31


Bakı -°C

