Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
Norveç millisinin ulduzu Erlinq Holand milli komandadakı qollarının sayına görə Zlatan İbrahimoviçi geridə qoyub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Holand UEFA Millətlər Liqasında Norveçin Portuqaliya ilə qarşılaşmasında 51-ci dəqiqədə hesabına daha bir qol yazdırıb. Bu, onun milli komandada 65-ci qolu olub.
Holand bu göstəriciyə 57 oyunda çatıb. Müqayisə üçün, Zlatan İbrahimoviç İsveç millisində 122 matçda 62, Ronaldo Nazario isə Braziliya yığmasında 98 oyunda 62 qol vurub.
Beləliklə, Holand Şimali Avropa ölkələri arasında milli komandalar səviyyəsində ən çox qol vuran kişi futbolçu adına sahib çıxıb. Bundan əvvəl rekord 62 qolla Zlatan İbrahimoviçə məxsus idi.
Digər Xəbərlər
23 Oktyabr 2026 19:17
“Heç vaxt cəhd etməkdən vaz keçmədim” - Messidən səmimi etiraf
23 Oktyabr 2026 18:55
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
23 Oktyabr 2026 17:12
İsveçrə və İsveç Bakıdakı U-15 dünya çempionatında iştirak etməyəcək
23 Oktyabr 2026 11:00


Bakı -°C

