"Hraparak" yazır: "Ordumuz üçün iki pis xəbər..."

Ermənistan müdafiə nazirliyi ilə hərbçiləri narahat edən iki qərarla başlayıb.
Adalet.az xəbər verir ki, bu haqda erməni mediası təəssüflə yazır. "Hraparak" isə bildirir ki, müdafiə nazirliyinin yanvarın 7-də verdiyi qərara əsasən, Müdafiə Nazirliyi və bütün digər hərbi qurumların hərbçiləri üçün pulsuz nəqliyyat vasitələri artıq fəaliyyət göstərməyəcək:"Ermənistanda hərbçilərin həmişə kiçik imtiyazları olub, məsələn, İrəvanda ictimai nəqliyyatdan pulsuz istifadə ediblər, sürücüyə hərbi kitabçanı göstəriblər, ondan sonra pulsuz gediblər, amma bu gün məlum olub ki, hərbçilər bu imtiyazdan da məhrumdurlar".
Qeyd edək ki, 15 noyabr 2017-ci il tarixində Ermənistanda qəbul edilmiş qanuna əsasən, hərbi qulluqçular mülkiyyət formasından asılı olmayaraq (taksidən başqa) bütün növ şəhər sərnişin nəqliyyatında Ermənistan Respublikasının ərazisində pulsuz getmək hüququ olub.
Əntiqə Rəşid
Digər Xəbərlər

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçib

Tramp Müdafiə Nazirliyinin adını dəyişdi

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

"İsraillə müharibə ehtimalı çox yüksəkdir" - İran XİN

Rusiya XİN-dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir AÇIQLAMA

Fələstinlilərin öz yerlərindən köçürülməsinə icazə verməyəcəyik
