"Hraparak":"Müxalifət meydanda döyüşə hazır vəziyyətdədir"
"Ermənistanda müxalifət meydanı döyüşə hazır vəziyyətə gətirilib. Biri uzun sürən sükutu pozur, biri mitinq çağırır, üçüncüsü qurultay keçirir, digərləri isə başqa fəallıq formatlarını mənimsəyib".
Adalet.az xəbər verir ki, bu fikri Ermənistanın nüfuzlu nəşri olan “Hraparak” yazır.
Nəşr bildirir ki, Buna təkcə qlobal geosiyasi dəyişikliklər və Nikol Paşinyan və Ermənistan Kommunist Partiyasının fəallaşması kömək etmir, həm də bəzi şayiələrə görə, Rusiya dairələrindən mümkün dəyişikliklərlə bağlı Ermənistana müəyyən siqnallar ötürülür. Xüsusən də, Putin-Tramp görüşündən sonra Rusiya Cənubi Qafqazla məşğul ola bilər! Ona görə də, bəziləri hesab edir ki, müxtəlifət fəaliyyəti ilə təsadüfən ortaya çıxan qüvvələrin aktivləşməsini əngəlləməlidir. Siyasi meydan bu kimi göydəndüşmə hadisələrə hazır olmalıdır. Müxalifət meydanında aktivlik olsa Nikol Paşinyanın özünü təhlükədə hiss edər və gedişi saniyələrin işi ola bilər.
Nəşr vurğulayır ki, Paşinyan çox tez Qərbə xəyanət edib Rusiyanın qucağına qayıda bilər: "Deməli, çevik siyasi təklif təqdim etməzdən əvvəl müxalifətin çox işi var. Rusiyaya Əliyevdən qorxan məğlub və köhnə hökmdarla işləmək həmişə faydalı olacaq"- deyə nəşr yazır.
Qeyd edək ki, hazırda erməniləri Qarabağ və Zəngəzur məsələsindən sonra ən çox narahat edən Paşinyanın qondarma “soyqırımı”ndan imtina etməsidir. Paşinyanın dəfələrlə erməni dövlətçiliyini qoruyub saxlamaq istəyiriksə “Böyük Ermənistan” iddiasından əl çəkməliyik deməsi hətta xaricdə yaşayan ermənilərin qəzəbinə səbəb olub. Əslində, uydurma “Böyük Ermənistan” onların milli ideologiyasının əsasını təşkil edir və bunun kökündə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası dayanır. Bəzi xarici qüvvələrin də dəstəklədiyi “Böyük Ermənistan” ideyasına tərəf ancaq uydurduğu soyqırımla gedəcəyini anlayan revanşistlər bu ideyalardan əl çəkmək istəmir.
Odur ki , revanşist müxalifət səhnəyə qayıdır .
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Iyul 2026 21:57
Knesset həmin layihə üzrə səsverməni - Dayandırdı
13 Iyul 2026 21:51
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
13 Iyul 2026 21:43
Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı
13 Iyul 2026 20:52
Taylandda gecə klubunda dəhşətli yanğın - 27 ölü, 63 yaralı
13 Iyul 2026 20:24
Trampdan təklif: Qrehemin vəzifələrini o icra etsin!
13 Iyul 2026 20:00
"Tehran heç bir halda icazə verməyəcək" - İrandan Hörmüzlə bağlı xəbərdarlıq
13 Iyul 2026 19:50
Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik
13 Iyul 2026 19:35


Bakı -°C

