“Hücumda daha kreativ ola bilərik” - Elmar Baxşəliyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Adalet.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdır, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var. Komandamız daha da məzmunlu oynamağa çalışacaq. Komanda hücumdadır. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik".
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

