adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 12:54
57
ŞOU-BİZNES
A- A+

Hüseyn Məhəmmədoğlu: “İndi pul qazanmaq imkanı daha genişdir”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu insanların maddi rifahından söz açıb.

Adalet.az bildirir ki, ifaçı yaşam tərzlərindən gileylənən adamları qınayıb:

“İndi müasir dövrdür.  Müasir adamın pul qazanmaq imkanları daha genişdir. Əgər kimsə, bu gün “acından ölürəm” deyirsə, günah onun özündədir. 

Bir uşağın yetişməsində valideynin rolu çox böyükdür. Uşağa təhsillə yanaşı peşə də öyrətmək gərəkdir. Savadlı bir müəllimin və ya həkimin niyə əlavə peşəsi olmasın ki? Burda əsla və əsla pis heç nə görmürəm. 

Övladlarımın təhsillə yanaşı, həm də peşə öyrənmələrini istəyərəm. Bu onların gələcəyi üçün gözəldir”. 

Əntiqə