Hüseynbala Mirələmov, ABŞ, mina- Saffari yazır
Ölkə gündəmində xüsusi ilə son günlər elə hadisələr baş verir ki, sözün bütün mənalarında baş aça bilmirsən ki, nə oldu, necə oldu, niyə oldu?! Bu yerdə ağıla məşhur bir “müdrik” kəlam gəlir. “O baş başqa başdı, bu baş başqa baş”. Heç başa düşmək nədir, çatdırıb yaza da bilmirsən. Sözün birini bitirməyib başqasına keçən adamlar kimi, mövzunun birindən yazırsan, yarıda görürsən ki, başqa söhbət çıxdı ortaya. Elə indi də qorxuram, bu yazını da yazıb bitirməmiş başqa bir söhbət çıxsın ortaya.
Söz sözü çəkər, keçən dəfə işğaldan azad olunmuş Qarabağ ərazisində minaya düşmüş adamlardan yazı yazmaq istəyirdim, guya deyəcəkdim ki, gəlin, belə etməyək, lazım deyil, canımıza yazığımız gəlsin, and olsun, yazının ortasında yenə qanunsuz olaraq o tərəfə keçən adamlardan birinin minaya düşmə xəbəri gəldi. Hələ lap əvvəl də yazmışdım ki, ay camaat, etməyin, eləməyin, bir az da dözün, sağ-salamat gedə bilək. Guya ikinci bir yazını da bundan yazacaqdım, ta yarıda saxladım. Onsuz da kimə deyirsən?! Hərə öz işində, öz istədiyi kimi də hərəkət edir.
Biz tərəfin yaxşı bir sözü var. Biri var əcəl, biri də var əcələ mayallaq. İndi bu adamlar da o cür. Amma yenə də etməyin, cənablar, etməyin...
Bu harasıdır amma?! Qəfildən Hüseynbala Mirələmovun ortaya çıxan görüntüləri əməlli-başlı gündəmi də dəyişdi, adamları da. Bu barədə ümumiyyətlə nəsə yazmağa “əlim” gəlmədi. İzlədim, yazılanları gördüm, siz də məni bağışlayın, arxamı yerə qoyub yazmağa üzüm gəlmədi. O nə müzakirələr idi, o nə yazılar idi, o nə açıqlamalar idi?! Adamın əli üzündə qalır...
Bu söhbətdə səngimək bilmirdi ki, ortaya ABŞ prezidenti Bidenin sözü düşdü. Pəəh, elə bil, gündəmə “limonka” atdılar. Aləm dəydi bir-birinə, siyasi müzakirələr göydü uçuşdu, təzə müxalifətçilər çıxdı, istefalar gəldi. İstefa demişkən, seçkilərə görə Paşinyanda istefaya getdi. Heç bunun müzakirəsini demirəm. Siyasətin “s”-nı keçək, heç ortadakı “a” hərfini bilməyən adamlar da düşdü ortalığa, biri Bideni “ermənipərəst” çıxartdı, biri onun siyasətdən başının çıxmadığını dedi, biri “vapşe” kövrəlib Trump üçün darıxdı, biri dedi, mənim “Qrinkartım” yandı, nə bilim e, hərə bir şey dedi də. Onsuz da, ağzı olan danışır, niyə də deməsinlər. Hərə bir cür özünü ovundurur, hərə bir cür başını qatır, əziz dostlar, sizi gündəmizlə baş-başa buraxıram. Onsuz da, hərəmiz bir cür bədbəxtik...
Bu yazını da burda bitirirəm ki, birdən yenə ortaya başqa söhbət çıxar. Nə qədər sakitlikdir, mən çəkilim öz köşəmə. Gələn gündəmdə görüşənədək...
Digər Xəbərlər
08 Dekabr 2025 17:27
"Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb" - Nazir müavini
08 Dekabr 2025 17:10
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
08 Dekabr 2025 16:47
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
08 Dekabr 2025 16:15
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
08 Dekabr 2025 15:17
Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb
08 Dekabr 2025 15:11
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçdi
08 Dekabr 2025 13:01
"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
08 Dekabr 2025 11:56


Bakı -°C

