adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Iyun 2023 13:29
447
GÜNDƏM

İçilməyən, k/t-da işlədilməyən 71 faiz:  OKEANLARIN ƏHƏMİYYƏTİ  

Məlumdur ki, planetimizin 71 faizi sudan ibarətdir. Buna baxmayaraq onların duzluluğu bir litrdə təxminən 35 qram olduğu üçün bu su nə içməyə nə də təsərrüfatda işlədilməyə yaramır. Amma okeanların planetimiz üçün əhəmiyyətli dərəcədə böyük və danılmazdır.


Adalet.az xəbər verir ki, bu gün- 8 iyun Dünya Okeanlar Günüdür. Dünya okeanıisə  bu 4 okendan ibarətdir. Sakit Okean - 10 dəniz. 2. Atlantik Okean - 8 dəniz. 3. Hind Okeanı - 4 dəniz. 4. Şimal Buzlu Okean -10 dəniz.
Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor Elşən Hacızadənin okeanlar haqqında verdiyi bilgilərə görə, okean qida mənbəyidir, insan ondan həmişə asılı olub və olacaq. Professor qeyd edir ki, okean çox sərfəli nəqliyyat məkanıdır:” Okean mineral ehtiyatlar mənbəyidir.duz, fosfat gübrələri, dəmir, manqan və s. Okean insanın istifadə etdiyi əksər elementlərlə zəngindir. Okean Yer atmosferindən ildə 300 milyard tonkarbon qazını sorub özündən həll edir və əvəzində atmosferə canlılar üçün əvəzolunmaz 200 milyard ton oksigen qaytarır. Kimyəvi elementlərin 82-si Okean sularının tərkibində bu və ya digər dərəcədə mövcuddur. Okeanda 8 element daha çoxdur (xlor, natrium, kalium, kükürd, kalsium, brom, bor vəmaqnezium). Okeanda olan elementlərin əksəriyyəti canlıların həyatında və bioloji fəaliyyətində əvəzsizdir”.


Tanınmış iqtisadçı əlavə edir ki, okeandan alınan mineral xammal dəyərinin 90%-dən çoxunu neft və qaz verir:" Dünya Okeanında neftin geoloji ehtiyatları 280 milyard ton, təbii qaz ehtiyatları 140 trilyon m3 -dur. Okean dibi - rutil, dirxon, qalay, mis, dəmir, qızıl,nikel, mirvari və.s faydalı qazıntılarla zəngindir.Okeanda - dalğaların gücü, qabarma vəçəkilmələrdən enerji alınır. Okeanda - 10 mindən çox bitki, 160 minə qədər heyvanat aləmi (bunlardan 16 minə qədər balıq) mövcuddur. Hazırda dünyada işlədilən heyvan mənşəli zülalların 12-15%-i Okean və dəniz mənşəlidir".

Qeyd edək ki, Dünya Okeanlar Günününün qeyd edilmə tarixi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin “Ətraf mühit və inkişaf” konfransında elan olunub. Günün qeyd edilməsində əsas məqsəd bütün diqqətləri bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir. Dünya Okeanlar Günü bir çox Avropa, Cənub-Şərqi Asiya, Latın Amerikası, Avstraliya, Afrika ölkələrində, eləcə də Cənubi Asiya və Uzaq Şərqdə bayram kimi qeyd olunur.
Hər il bir mövzunu əhatə edən Dünya Okeanlar Gününün builki şüarı “Plastik çirklənmənin qarşısının alınması və sağlam okeanlar naminə qərarların təşviq edilməsi”dir.


Dünyanın dənizlərinin çirklənməsi kimi okenalarının da vəziyyəti bərbad durumdadır. Hər il okeanlara 8 milyon ton plastik kütlə atılır ki, bu da onun ekosisteminə 8 milyard funt sterlinq ziyan vurur.


Təəssüf ki, antropogen təsirlər, brakonyerlik, qeyri-qanuni balıqçılıq, su hövzələrinin çirkləndirilməsi və asidifikasiyası, iqlim dəyişkənliyi dünyanın okean və dənizləri üçün ciddi təhlükələrə səbəb olub.

P.S. Bu təhlükə elə biizim Xəzərimizdən də yan ötməyib.


Əntiqə Rəşid