İki nəhəngə "Tramp yolu"nun faydasını başa salmaq cəhdi: Paşinyandan açıqlama
Bilirsiniz ki, Ermənistanın baş naziri Nikol Paşinyan 8 avqust tarixli Vaşinqton görüşündən sonra - 11 avqustda Rusiya prezidenti Vladimir Putinə zəng etdi.
Media yazır ki, Baş nazir Rusiya prezidentinə bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi, regional kommunikasiyaların blokadadan çıxarılması, ərazi və hüquq-mühafizə prinsipləri çərçivəsində ATƏT-ə birgə müraciət, eləcə də “Trampın beynəlxalq sülhə və rifaha aparan yolu” layihəsinə dair məlumat verib.
Elə həmin gün İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı apardı. Yenə də hesabat!
Qarşı tərəflərin susqunluğunu görən çarəsiz Paşinyan görüşlə başğlı “Fox Nyus” telekanalına geniş açıqlama vermək məcburiyyətində qaldı:"Məncə, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək".
Paşinyan faydalardan danışaraq regionda kommunikasiyaların və ya nəqliyyat dəhlizlərinin açılmasının hər kəs üçün faydalı olacağını bildirib:
“Demək istədiyim odur ki, əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və hiss olunan, görünməmiş faydalar əldə edəcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur. Ona görə də mən bunu beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələrə, o cümlədən bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli faydalar gətirə biləcək çox mühüm saziş hesab edirəm”.
Xatırladaq ki, avqustun 18-də İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək. Məlumata görə, Pezeşkian Ermənistanda avqustun 21-nə kimi qalacaq. Onun İrəvan biznes forumunda iştirakı planlaşdırılır. Amma hər kəsə məlumdur ki, səfərin məqsədi ABŞ-ın Qafqaza yerləşməsini əngəlləmək yollarını tapmaqdır.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Noyabr 2025 11:47
“Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır”
14 Noyabr 2025 11:41
Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
14 Noyabr 2025 11:18
“Bu, Ukrayna ərazilərinin işğalı siyasətindən geri çəkilməməyi diqtə edir”
13 Noyabr 2025 20:10
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
13 Noyabr 2025 16:37
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
13 Noyabr 2025 16:28
İdarəçilikdə yeni mərhələ
13 Noyabr 2025 13:47
Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
13 Noyabr 2025 10:27


Bakı -°C

