İlham Əliyev ABŞ-nin Vitse-prezidentini qarşıladı - FOTOLAR
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verdi.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçdi.
Sonda rəsmi foto çəkdirildi.
Digər Xəbərlər
10 Fevral 2026 19:45
İlham Əliyev ABŞ-la əməkdaşlıq sahələrini açıqladı
10 Fevral 2026 19:40
"Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır" - Vens
10 Fevral 2026 19:38
TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq - Vens
10 Fevral 2026 19:37
"Çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır" - Vens
10 Fevral 2026 19:31
İlham Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
10 Fevral 2026 19:30
Azərbaycan Prezidenti: ABŞ-la müdafiə sahəsində avadanlıqların satışında yeni bir səhifə açırıq
10 Fevral 2026 19:29
İlham Əliyev: Cey Di Vens bizim dostumuzdur
10 Fevral 2026 19:28


Bakı -°C

