İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib
Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibətlə təbrik edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".
Digər Xəbərlər
31 Yanvar 2026 13:12
“Böyük Britaniya Çinlə iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyir...”
31 Yanvar 2026 12:59
Gənclər siyasəti dövlətin inkişaf strategiyasının tərkib hissəsidir
31 Yanvar 2026 12:18
Azərbaycan-ABŞ nümayəndələri MM-də müzakirə APARDI - FOTOLAR
31 Yanvar 2026 11:09
“Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər”
31 Yanvar 2026 10:12
“Yaranmış yeni siyasi mənzərə onu göstərir ki...”
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43


Bakı -°C

