İlham Əliyev: Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk
Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk.
Adalet.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir: “Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlət başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Digər Xəbərlər
17 May 2026 12:07
“Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib” - Fərzanə Sadiq
17 May 2026 11:41
İlham Əliyev Tokayevə ZƏNG ETDİ
17 May 2026 11:28
“1 milyarddan çox insan gecəqondularda yaşayır” - Anaklaudia Rossbax
17 May 2026 11:16
Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
17 May 2026 10:38
“Milli hökumətlər bu prosesdə fəal iştirak etməlidirlər” - Nga Kor Minq
17 May 2026 10:30
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
17 May 2026 10:27
“Bugünkü görüş əldə edilmiş nailiyyətləri təhlil etmək üçün əla fürsətdir” - Anar Quliyev
17 May 2026 10:26


Bakı -°C

