İmişli Şəkər Zavoduna media tur təşkil edilib - FOTOLAR
Ölkənin aparıcı media nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan İmişli Şəkər Zavoduna media tur keçirilib.
Müəssisəni ziyarət edən jurnalistləri Azərbaycan Şəkər İstehsalat Birliyinin rəsmisi Məhəmməd Abışov qarşılayaraq onlara müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. Mütəxəssis bildirib ki, 2024-ci ildə şəkər çuğunduru əkinçiliyi sahəsində 24 rayon 94 kənd üzrə 216 mülkiyyətçi ilə müqavilə bağlayaraq bölgələrdə 7,374.02 hektar sahədə şəkər çuğunduru əkinin həyata keçirilməsi təmin olunub.
Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısının alınmasına mühüm töhfə verilir.
İmişli Şəkər Zavodunda Almaniya, Polşa, Türkiyə, Ukrayna, Avstriya və Rusiya istehsalı olan avadanlıqlar istifadə olunur. Zavodun Azərbaycan bazarında şəkər tələbatını tamamilə qarşıladığı, həmçinin ixrac olunduğu da bildirilib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən zavod “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq bölgələrdə yaşayan insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında mühüm rol oynayır.
Digər Xəbərlər
25 Yanvar 2026 08:58
Yeni epidemiya qapıda: Hindistanda sağalmaz virus yayılır
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38


Bakı -°C

