25 Aprel 2025 11:44
279
DÜNYA

İncik Tramp: Ağ ev nə Paşinyanı, nə də onun nazirini  vecinə aldı

Xatırlayırsınızsa, ABŞ-da prezident seçkilər ərəfəsində erməni lobbisi , eyni zamanda Ermənistandakı erməni ictimaiyyəti prezidentliyə namizəd Kamala Harrisi dəstəklədikərini elan etdilər. Erməni lobbi başçıları müxtəlif telekanallara və yazılı mediaya K. Harrisin qələbəsi üçün "bir yumruq "kimi birləşəcəklərini vurğulamışdılar.


Nəhayət seçkilər bitti və D.Tramp prezident seçildi. Ermənilərə hər zaman dəstək olan Harrisə həddən artıq yaltaqlanan lobbi indi-indi anlamağa başlayır ki, tələskənlik edib və başından böyük qələtlərə imza atıb.


Adalet.az xəbər verir ki, aprelin 7-dən 11-dək Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ABŞ-da səfərdə olub. Səfərin rəsmi məqsədi “Korrupsiyaya qarşı mübarizə naminə tərəfdaşlıq” adlı beynəlxalq konfransda iştirakdır.

 Məlumatı "Hraparak" yayıb:"Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun səyləri ilə o, Ermənistan hakimiyyətinin Tramp administrasiyası ilə sıx əməkdaşlıq etdiyini nümayiş etdirmək üçün yüksək vəzifəli şəxslərlə görüşlər keçirməyə çalışıb. Lakin əvvəllər demokratlarla fəal işləyən və seçkilərdə Kamala Harrisi dəstəkləyən Ermənistan hakimiyyəti Trampın seçilməsindən sonra özlərini gülünc vəziyyətə salıblar. Səhvlərini düzəltməyə çalışırlar, lakin hələlik uğur qazana bilmirlər".

Nəşr bir məqamı da xatırlatmağı özünə borc bilir: Fevralın 3-də baş nazir Nikol Paşinyan da ABŞ-a dördgünlük səfər etdi və bu səfər zamanı o, yalnız ABŞ-ın vitse-prezidenti  Ceyms Devid Venslə  şəkil çəkdirə bildi. Paşinyanın da  səfəri də uğursuz başa çatdı. Onun dörd gün ərzində bacardığı yeganə iş Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə departamentinin baş müşaviri Lui Bono (əvvəllər Qafqazda danışıqlar üzrə müşaviri olub) ilə görüş keçirmək oldu. Maraqlıdır ki, nə nazirin səfəri, nə də bu görüşlə bağlı hələlik rəsmi məlumat dərc olunmayıb. Yəqin ki, Ermənistan tərəfi səfərin səviyyəsinin aşağı olmasından o qədər üzülüb ki, bu barədə susmağa üstünlük verib". 

 Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 3-7 fevral tarixləri arasında ABŞ-də səfərdə olub. Əvvəlcədən planlaşdırılan və Beynəlxalq Dini Azadlıq Sammitində iştirakı ehtiva edən bu səfər əslində Tramp Administrasiyasının nəbzini yoxlamaq, müəyyən görüşlərə nail olmaq, imkan daxilində dəstək almaq məqsədi güdsə də, Paşinyan uğursuzluğa düçar olub. ABŞ-ın vitse-prezidenti  Ceyms Devid Venslə olan fotonu və yayılan xəbərləri diqqətlə analiz edəndə məlum olur ki, tərəflərin görüşü cəmi 7-8 dəqiqə çəkib.Heç bir rəsmi görüş, müqavilə, saziş, öhdəlik kimi vacib msələlər müzakirə edilməyib.

 Əntiqə Rəşid