"İnflunserlər bunu həyat tərzi kimi təqdim edir” - AQTA-nın şöbə müdiri
"Elektron siqaretlərdən daha çox yeniyetmələr istifadə edir. Çünki bunun ətri siqaret kimi deyil, gizlətmək daha asandır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.
“Bir çox istifadəçi profillərinə, məsələn, qadınlara bunun ətri hətta xoş gəlir. Dünya influnserləri tərəfindən həyat tərzi kimi təqdim olunur. Siqaretdən daha çox təhülkəlidir. Çünki əhatə dairəsi daha genişdir, riskləri hələ də tam araşdırılmayıb. Çünki siqaret bir tütün bitkinin yandırılmasından yaranan tüstünün nəfəsə çəkilməsidir. Elektron siqaret isə kimyəvi məhlulun buxarlanmasından ağciyərə gedən buxar deməkdir. Bunların tərkibi daha çox nikotin, bitki qliselini və dadlandırıcılardır”, - şöbə müdiri bildirib.
Digər Xəbərlər
24 Yanvar 2026 18:29
Ağcabədidə hesabat yığıncağı keçirildi
24 Yanvar 2026 10:53
"Yolların buz bağlama ehtimalı var" - DYP-dən xəbərdarlıq
24 Yanvar 2026 10:17
Sabiq deputata yeni vəzifə verildi
23 Yanvar 2026 18:55
Arzu Əliyeva təşəkkür etdi
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04


Bakı -°C

