"İqlim böhranı getdikcə kəskinləşir" - Spiker
"Cəmi 11 ay ərzində Azərbaycan COP29-a hazırlıqla bağlı böyük işlər görüb. Təəssüf ki, ölkəmiz bu hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli münasibətlərlə, dezinformasiyalarla üzləşib. Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib. O bildirib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başlayıb və bütün maraqlı tərəflərin cəlbi ilə işini davam etdirir, qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir. Davam edən müzakirələr nəticəsində artıq mühüm qərarlar qəbul olunub. İqlim dəyişikliyi milli sərhədləri aşan və ümumi səylər tələb edən bəşəri problemdir. Bu prosesdə ümumi məqsəd uğrunda birliyimizi göstərməliyik.
“İqlim böhranı getdikcə kəskinləşir. Kəskinləşdikcə isə onun mənfi təsirlərini aradan qaldırmaq çətinləşir. Bizim az vaxtımız var. Qanunvericiliyimizi daha da təkmilləşdirməliyik. Vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq onların narahatlığını anlamağa kömək edəcək”, - deyə spiker qeyd edib.
Digər Xəbərlər
18 Oktyabr 2026 23:02
Prezidentin 1 həftəsi... - VİDEO
18 Oktyabr 2026 19:00
Sahibə Qafarova Bişkekdə - FOTO
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40


Bakı -°C

