“İran artıq ABŞ-yə etibar etmir”
“İran artıq ABŞ-yə etibar etmir”.
Adalet.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.
Pezeşkian görüş zamanı İranın danışıqlar masasından ayrılmadığını söyləyib.
“İran danışıqlar masasından ayrılmayıb. Keçmiş təcrübələrə əsaslanaraq, İran artıq ABŞ-yə etibar etmir”, - Pezeşkian bildirib.
İranın regionda sülh və təhlükəsizlik istədiyini vurğulayan Prezident ölkəsinin xarici təzyiqlərin təsiri altına düşməsinə imkan verməyəcəyini qeyd edib.
Quterreş isə mövcud mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolunun tapılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Digər Xəbərlər
09 Noyabr 2026 19:54
Zelenski Modi ilə Qara dənizdə taxıl dəhlizinin açılmasını müzakirə edib
09 Noyabr 2026 19:00
Bütün dünyanın danışdığı xəyanətdən sonra “Nvidia”nın səhmləri ucuzlaşdı
09 Noyabr 2026 18:51
Fransanı yenidən ümumxalq etirazları bürüyəcək
09 Noyabr 2026 18:30


Bakı -°C

