İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
İran ABŞ və müttəfiqlərinin ölkənin infrastrukturunu hədəfə alacağı təqdirdə Hörmüz boğazının altından keçən internet kabellərini məhv edə biləcəyini bəyan edib.
Adalet.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandan müavini, briqada generalı Yedullah Cavani “Əl-Aləm” telekanalına müsahibəsində ABŞ-nin bölgədən tamamilə çəkilməli olduğunu bildirib.
Onun sözlərinə görə, regiondakı vəziyyət müharibədən əvvəlki dövrə qayıtmayacaq.
“ABŞ və müttəfiqləri infrastrukturumuzu hədəfə alsalar, İran bütün imkanlarından istifadə edəcək. Ölkəmiz Hörmüz boğazının altındakı internet kabellərini asanlıqla məhv edə bilər”, – deyə Cavani vurğulayıb.
İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi də daha əvvəl boğazın altından keçən yeddi əsas kabelə mümkün hücuma işarə edib.
“TeleGeography” və “Submarine Networks” məlumatlarına görə, Hörmüz boğazı və Fars körfəzi istiqamətində qlobal məlumat axınının 97 faizindən çoxunu daşıyan sualtı kabel şəbəkəsində ən azı yeddi əsas sistem mövcuddur. Bu xətlər internet bağlantısı ilə yanaşı, neft-qaz ticarətinin maliyyə əməliyyatları və bəzi hərbi logistika şəbəkələri üçün də əhəmiyyət daşıyır.
Digər Xəbərlər
22 Oktyabr 2026 09:20
ABŞ İranla danışıqlar aparmır - Tramp
22 Oktyabr 2026 00:12
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
21 Oktyabr 2026 23:23
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır
21 Oktyabr 2026 23:10


Bakı -°C

