İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib.
Adalet.az Press TV telekanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
Onun sözlərinə görə, İran hakimiyyəti bu addımı AEBA-nın İdarə Heyətinin iclasında İrana qarşı qəbul edilən qətnaməyə cavab olaraq atıb.
"İranın cavabı qarşılıqlı prinsipə əsaslanır, çünki AEBA-nın İdarə Heyətindən siyasi məqsədlər üçün istifadə edilib", - Qalibaf bildirib.
Qalibaf Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın yanaşmasını siyasiləşdirilmiş və dağıdıcı adlandırıb.
Bundan əvvəl “Reuters” xəbər verib ki, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, agentlik Tehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbul edərsə, İran tərəfi qəti cavab tədbirləri görəcək.
Digər Xəbərlər
23 Oktyabr 2025 17:42 Trampdan xəbərdarlıq: ABŞ İsrailə bunu etməyə icazə verməyəcək
23 Oktyabr 2025 16:58 Pezeşkian: Urmiyanı görün biz nə günə qoymuşuq
23 Oktyabr 2025 16:35 Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə etdi
23 Oktyabr 2025 15:41 

Bakı -°C 










