İranda dörd gənc barəsində edam hökmü çıxarıldı
İran Sistan və Bəlucistan əyalətində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb.
Adalet.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb.
Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər.
Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar.
Məlumata görə, son aylarda İranda edam sayının artması, həmçinin siyasi məhbuslara ölüm hökmünün verilməsi və təsdiqlənməsi həm ölkə daxilində, həm də xaricində etirazlara səbəb olub.
Ölüm hökmlərinə qarşı etirazın son nümunələrindən birində siyasi məhbus Mehdi Mahmudian avqustun 3-də Böyük Tehran həbsxanasından yazdığı məktubda bildirib: “Bu ölkədə dar ağacı olduğu müddətcə hamımız bir az ölüyük”.
O, məktubunda Böyük Tehran həbsxanasındakı siyasi məhbus Babək Şahbaziyə ölüm hökmünün verilməsini də açıqlayıb.
Şahbazi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Abulqasim Salavati tərəfindən ölüm cəzasına məhkum edilib.
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

