İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə antiazərbaycan əhvali-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
İranda antiazərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Digər Xəbərlər
23 Yanvar 2026 19:23
XİN-də geniştərkibli kollegiya iclas keçirildi
23 Yanvar 2026 18:44
Azərbaycan–İspaniya əməkdaşlığı müzakirə olunub
23 Yanvar 2026 17:51
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
23 Yanvar 2026 17:42
İran üçün qorxulu ssenarisi - Amerikalı analitikdən SENSASİON YAZI
23 Yanvar 2026 17:22
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
23 Yanvar 2026 17:08
Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib
23 Yanvar 2026 16:56
Sahibə Qafarova: Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur
23 Yanvar 2026 12:26


Bakı -°C

