"İrəvan Qazısı" xəbərinə Sübhanidən qərəz: "Zəngəzur dəhlizi olmayacaq"
jpg-1747994625.jpg)
Xəbər vermişdik ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib.
İdarənin Qazılar Şurasının 22 mayda baş tutan geniş iclasında qərar qəbul edilib.
Xəbər təxminən saat 12 radələrində ictimaiyyətə açıqlandı.Onu da qeyd etmişdik ki, bu xəbər Ermənistan ictimaiyyətini dərindən qəzəbləndirmişdi. Onlar QMİ-nin bu addımını Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı ilə əlaqələndirirdilər. Bu məqamda İranın erməniləri sakitləşdirmək, onlara ürək dirək vermək , yanlarında olduğunu bildirmək vacibiyyəti ortaya çıxdı.
Mayın 22-də - Qazi söhbətindən təxminən 7 saat keçəndən sonra İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani dilə gəldi:"Heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq".
Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmağa cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualına cavab verərkən deyib.
Tarixi faktlar da təsdiqləyir ki, indiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları əzəli torpaqlarımızdır. Ermənistanın sonuncu etnik təmizləmə siyasətinin qurbanı olan 300 min nəfərə yaxın soydaşımızın ata-baba yurdlarına qaytması ilə bağlı konsepsiyanın hazırlanması haqqın, ədalətin bərpası deməkdir.
Əslində həyati əhəmiyyətli Zəngəzur dəhlizinin açılması ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması məsələlərinin birlikdə həlli sülh sazişinin imzalanmasını sürətləndirən amillərdir. Daha dəqiq, Zəngəzur dəhlizinin bərpası və Qərbi Azərbaycana qayıdış birgə həll olunmalıdır ki , bunu da anlayan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani belə qərəzli açıqlama verib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb - VİDEO

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

Hikmət Hacıyev Bakı-Ağdam qatarı ilə bağlı paylaşım etdi

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
